Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə NOCOMMENT.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, son sutkada koronavirus əleyhinə 1 651 vaksin vurulub.

Son bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, üç və daha çox doza vaksin vurduranların sayı 1 034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 193 nəfər olub.