Azərbaycanda son sutkada 44 505 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 438 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 2 165-dir. Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 38 902-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 306 245, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 255 473, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 756 764 nəfər təşkil edir. Ümumilikdə isə 2 294 008 buster doza vurulub.












