Qadın sürücü piyadanı vuraraq öldürdü

Qadın sürücü piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektindən Koroğlu metrostansiyası istiqamətdə yerləşən asma körpünün altında qeydə alınıb.

1987-ci il təvəllüdlü Fəhimə Şahverdiyeva idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu kəçən 1958-ci il təvəllüdlü Mərdan Mehdiyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.