Qarabağ Almaniyada məğlub oldu

Qarabağ Almaniyada məğlub oldu

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

NOCOMMENT xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda “Frayburq”un qonağı olub.

“Europa Park” stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

G qrupunun digər matçında Yunanıstan “Olimpiakos”u Fransada “Nant”a 1:2 hesabı ilə uduzub. “Qarabağ” sentyabrın 15-də II turda “Nant”ı qəbul edəcək, “Frayburq” isə “Olimpiakos”un qonağı olacaq.