Qubada avtomobil su kanalına düşüb – FOTO

Qubada avtomobil su kanalına düşüb – FOTO

Qubada minik avtomobili su kanalına düşüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, avtomobildə tək olan sürücü Quba rayonu Bağbanlı kənd sakini Ramin İsmixanov xəsarət almadan maşından çıxa bilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.