Qubada ayı hücumu: yaralının son durumu açıqlandı – VİDEO

Qubada ayı hücumu: yaralının son durumu açıqlandı – VİDEO

Xəbər verdiyimiz kimi, Qubanın Qonaqkənd qəsəbəsində, rayonun Vladimirovka kənd sakini 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən ayının hücumuna məruz qalıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.İskəndərov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan NOCOMMENT.az -ın Şimal bürosuna verilən xəbərə görə, K.A Müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxsə yardım göstərilib və evə buraxılıb.

Qeyd edək ki, bundan öncə ayılar Xanagah, Qımılqazma və Səbətlər kəndində təsərrüfatlara zərər verib.