Qubada üzərinə divar uçan şəxs ölüb

Qubada üzərinə divar uçan şəxs ölüb

Qubada üzərinə divar uçan şəxs ölüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə avqustun 3-də saat 12 radələrində rayonun Xınalıq kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Zeynalov Eldəniz Zal oğlu yaşadığı kənddə “Magro Costruction” MMC tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar fərdi yaşayış evinin divarlarını metal alətlə sökən zaman sökülən hissə üzərinə uçub.

Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.