Qusarda yeniyetmə kanalda batıb

Qusarda yeniyetmə kanalda batıb

Samur-Abşeron kanalının Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu batıb.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.