“Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.
NOCOMMENT.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Ruslan Əliyevin səlahiyyətləri müavinlərindən birinə tapşırılıb.
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Qaynarinfo-ya açıqlamasında onda belə bir məlumatın olmadığını bildirib.












