Lənkəranda sahibsiz itlər şəhər sakinləri üçün təhlükə yaradır. Sahibsiz itlər sakinlərin “hərəkət istiqamətini dəyişir”.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran şəhərinin mərkəzində gəzən sahibsiz itlərə indi ara məhəllələrdə rast gəlinir.
Əsasən xəstəxana ətrafındakı küçələrdə gəzən sahibsiz itlərə görə sakinlər öz yollarını dəyişməyə məcbur olurlar.
Sakinlər deyir ki, əgər yollarını dəyişməsələr, toplu şəkildə gəzən itlər onlara hücum çəkib xəsarət yetirə bilər.
“Bununla bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etmişik, nəticə isə yoxdur” sakinlər bildirib.













