“Salyanda qaz partlayışı nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırlaşıb”.
NOCOMMENT xəbər verir ki, bu barədə report-a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilib ki, rayonun Qarabağlı kəndində baş hadisə zamanı xəsarət alanlardan birinin vəziyyəti ağır, iki nəfərin vəziyyətlərinin isə orta-ağırdır: “Hadisə zamanı xəsarət alan, ailə başçısı Zaur Qurbanovun vəziyyəti ağırdır. Digər xəsarət alanlar ana və oğlunun vəziyyəti orta-ağırdır. Xəsarət alan şəxslərə xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilib, onların müayinə və müalicələri davam etdirilir”.












