SƏHƏR buraxılışı: Paytaxt yollarındakı son vəziyyət

SƏHƏR buraxılışı: Paytaxt yollarındakı son vəziyyət

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə NOCOMMENT-ə mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində Beynəlxalq Avtovağzalın qarşısına qədər

2. Binəqədi şosesində mərkəz, “Azadlıq prospekti” metrostansiyası istiqamətində

3. Moskva prospektində “Alov” zavodunun qarşısından 20 Yanvar dairəsinə qədər, kənar yolda

4. Ziya Bünyadov prospektində Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində

5. Heydər Əliyev prospektində “Koroğlu” metrostansiyasının qarşısından 5 saylı ASAN Xidmət mərkəzinin qarşısına qədər, əsas və kənar yolda

6. Koroğlu Rəhimov küçəsində Təbriz küçəsi ilə kəsişmədən Ak.Həsən Əliyev küçəsi istiqamətində.