Şəkidə traktor aşıb, iki nəfər ölüb

Şəkidə traktor aşıb, iki nəfər ölüb

Şəkidə traktorun aşması nəticəsində iki nəfər ölüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Şəkinin Şəki kəndi ərazisində baş verib.

Belə ki, bu gün səhər saatlarında 1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşı oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.