Şirkətdə avtomobilin təkəri partlayıb: Ölən var

Şirkətdə avtomobilin təkəri partlayıb: Ölən var

Abşeronda şirkətdə avtomobilin təkəri partlayıb, ölən var.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 20-də saat 11 radələrində rayonun Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində yerləşən “Şinkar Holdinq” MMC-yə məxsus yük avtomobillərin müvəqqəti dayanacağında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Abdulxalıqov Nazim Babaverdi oğlu təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilinin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.