Siyavuş Novruzovun qolu sındı – FOTO

Siyavuş Novruzovun qolu sındı – FOTO

Milli Məclisin deputatı Siyavuş Novruzovun qolu sınıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

Bildirilib ki, xoşagəlməz hadisə idman edərkən baş verib.

“Təxminən 10 gün əvvəl turnikdə dartınan zaman qolum sındı. İndi yaxşıyam, gipsə qoyulub və müalicələr edilib. Ciddi bir şey yoxdur. Müalicədə irəliləyişlər var”, – deyə S.Novruzov vurğulayıb.