Sosial müavinətlər sabah ödəniləcək

Sosial müavinətlər sabah ödəniləcək

Bütün sosial ödənişlər mayın 22-də yekunlaşdırılacaq.

Bu barədə NOCOMMENT.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, Fond tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-də ödənilməsi nəzərdə tutulub. pizza

Qeyd edilib ki, bununla da respublika üzrə bütün sosial ödənişlərin verilməsi prosesi yekunlaşmış olacaq.