Məktəbdə şagirdlər kəllə-beyin travması aldı – Təhsil İdarəsi “ciddi xəsarət” yoxdur dedi

Məktəbdə şagirdlər kəllə-beyin travması aldı – Təhsil İdarəsi “ciddi xəsarət” yoxdur dedi

09:47

Sumqayıt məktəblərində insidentlər baş verib

NOCOMMENT.az-ın məlumatına görə, hadisələrdən biri 33 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.

Digər insident isə 11 nömrəli tam orta məktəbdə baş verib. 2014-cü il təvəllüdlü K.M.-in dərs zamanı sinif yoldaşı ilə dalaşarkən yıxılıb başından travma aldığı bildirilir.

Sumqayıt Tibb Mərkəzindən NOCOMMENT.az -a bildirilib ki, qapalı kəllə-beyin travması alana 2012-ci il təvəllüdlü H.B. hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir:

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov NOCOMMENT.az -a açıqlamasında deyib ki, faktla bağlı müvafiq ekspertiza təyin edilib, ərazi polis orqanında araşdırma aparılır.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən NOCOMMENT.az -a verilən məlumatda isə deyilib ki, “heç bir ciddi xəsarət faktı yoxdur”.