Türkiyəli idman jurnalisti Gürcan Bilgiç “Fənərbağça”nın Avropa Liqasındakı potensial rəqiblərini dəyərləndirərkən “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu hal “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində yaşanıb.
G.Bilgic çıxışı zamanı – “Qarabağ Ermənistan komandası deyilmi?”, – söyləyib.
Bu hadisə sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb, idman jurnalistinin verilişə buraxılmaması tələb olunub.











