Twitter çökdü? “İstifadə limiti keçdi” nə deməkdir?

Twitter çökdü? “İstifadə limiti keçdi” nə deməkdir?

Twitter sosial media platformasının bir çox istifadəçisi “istifadə limiti keçildi” xəbərdarlığı ilə qarşılaşıb.

NOCOMMENT.az xəbər verir ki, istifadəçilər “İstifadə limiti keçdi” və “Nəsə xəta baş verdi. Yenidən quraşdırmağa cəhd edin” kimi xəbərdarlıqlarla üzləşib.

Digər tərəfdən, internetdə giriş problemlərini bildirən “DownDetector” internet saytına Twitter üçün 6000-dən çox giriş xətası bildirişi edilib.

“Twitter” hələlik vəziyyətlə bağlı açıqlama verməyib.

“Twitter” məhdudiyyətləri nədir?

Birbaşa Mesajlar: Gündə 500

Tvitlər: gündə 2400 (Retvitlər də tvit sayılır)

Hesab e-poçtuna dəyişikliklər: saatda 4 dəfə

İzləmə: gündəlik texniki limit 400

İzləyən (hesab üzrə): Hesabın izlədiyi istifadəçilərin sayı 5000 limitinə çatdıqda, yeni izləmə sorğuları hesaba xas tariflə məhdudlaşdırılır.

Sözügedən limitlər aşıldığında, istifadəçilər həddindən artıq limit xəbərdarlığı ilə üzləşirlər, lakin bu gün yaşanan giriş probleminin birbaşa məhdudiyyətlərlə əlaqəli olmaya biləcəyi düşünülür.

NOCOMMENT.AZ