Ucar rayonunda son iki gün ərzində elektrik enerjisinin verilişində ciddi problemlər müşahidə olunur.
Rayon sakinlərinin NOCOMMENT.az-a verdiyi xəbərə görə, günün müxtəlif saatlarında heç bir əvvəlcədən xəbərdarlıq edilmədən elektrik enerjisinin verilişi dayandırılır və bəzən uzun müddət bərpa olunmur.
Sakinlər iddia edirlər ki, fasilələr həm rayon mərkəzini, həm də ətraf yaşayış məntəqələrini əhatə edir. Elektrik enerjisinin tez-tez kəsilməsi nəticəsində soyuducularda saxlanılan ərzaqların xarab olması, internet və rabitə xidmətlərində problemlərin yaranması, kiçik sahibkarlıq obyektlərinin fəaliyyətinin dayanması kimi hallar müşahidə olunur.
Rayon əhalisi yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edərək, "Azərişıq" ASC-dən və aidiyyəti dövlət qurumlarından baş verən kəsintilərin səbəbləri barədə ictimaiyyətə ətraflı məlumat verilməsini və problemin təcili şəkildə aradan qaldırılmasını tələb edir.
Sara









