Ağdamdan olan Əliyeva Elduzə Yelmar qızı Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edərək Ağdama köçürülməsini istəyib.
NOCOMMENT.az xəbər verir ki, 1994-cu ildən vaqonda məskunlaşan belə yaşayışın artıq dözülməz olduğunu bildirib. O, tək Ağdama deyil, Bərdədə olan və ya hər hansı ərazidə olan boş evlərə köçməyə razı olduğunu da qeyd edib.
Ağdam sakini ölkə Prezidenti İlham Əliyevə də müraciət edərək köçürülmənin tez zamanda həyata keçirilməsi üçün kömək istəyib.
Videonu təqdim edirik:











