Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, “Arkoz Holdinq”ə türkiyəli iş adamı Emin Uçar başçılıq edir. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.












