Xətai rayonunda sakinlərin əkib, qulluq etdiyi ağaclar idarə əməkdaşları tərəfindən kəsilib – VİDEO

Xətai rayonunda sakinlərin əkib, qulluq etdiyi ağaclar idarə əməkdaşları tərəfindən kəsilib – VİDEO

Paytaxtın Xətai rayonu, Gəncə prospekti 27 ünvanında ağaclar Mənzil İstismar İdarəsinin əməkdaşları tərəfindən kəsilir.

NOCOMMENT.az xəbər verir ki, Apa TV-nin verdiyi məlumata görə, məsələ ilə bağlı sakinlər narazılıqlarını bildirərək  həmin ağacların yerində yeni çoxmərtəbəli bina tikiləcəyini deyiblər.

Həmin ərazidə yaşayan Samir Mehdiyev kəsilən ağacların sakinlər tərəfindən əkilib, böyüdüldüyünü deyib.

Xətai rayonunun İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov məsələ ilə bağlı konkret heç bir məlumatlarının olmadığını deyib.