“Yanğın baş vermiş ərazilər xəritələşdiriləcək və yanaraq məhv olmuş meşə sahələrində payızda – ağacəkmə mövsümündə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək”.
NOCOMMENT xəbər verir ki, bununla bağlı ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında danışıb.
O bildirib ki, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək: “Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq”.











