Yevlaxda kişi axtarılır: Maşınla evdən çıxıb geri qayıtmayıb

Yevlaxda kişi axtarılır: Maşınla evdən çıxıb geri qayıtmayıb

Yevlax rayonunun Hacıselli kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşad Kərimov ötən ilin dekabr ayının 30-da idarə etdiyi “Niva” markalı avtomobillə yaşadığı ünvanı tərk edərək geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, onun əlamətləri 172 sm boyu, gözlərinin rəngi qəhvəyi, qısa qarasaçlı orta bədən quruluşludur. Əynində boz rəngli cins şalvar, göy və ağ rəngli köynək, qara rəngli qısa gödəkçə, ayağında göy rəngli ayaqqabı olub.