Yol qəzası tıxaca SƏBƏB OLDU

Yol qəzası tıxaca SƏBƏB OLDU

Bakının Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, Koroğlu metro-stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən NOCOMMENT.az-a verilən məlumata görə, hazırda bu səbəbdən qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.