Zabuxa daxil olduq – VİDEO

Zabuxa daxil olduq – VİDEO

Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan, ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil veriləcək.

NOCOMMENT xəbər verir ki, sosial şəbəkələrdə Azərbaycanlıların Zabux kəndinə daxil olmasının videosu paylaşılıb. Hələlik bu barədə hər hansı rəsmi açıqlama yoxdur.

Bildirək ki, Azərbaycan tərəfi ermənilərə həmin yaşayış məntəqələrini tərk etmələri üçün avqustun 25-nə kimi vaxt vermişdi. Artıq erməni ailələri Laçını tam tərk ediblər.