Şou-biznesdəki gizlinləri açıqlayacaqbackend

Şou-biznesdəki gizlinləri açıqlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şou-biznes haqqında kitab yazmaq qərarına gəldim. Çünki illərdir pərdəarxasında baş verənləri yalnız içəridə olanlar bilir. Tamaşaçı isə səhnədə gördüyü parıltıya aldanır”.

NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi şou-bizneslə bağlı kitab yazacağını, hamının sirrini açıqlayacağını qeyd edib.

Nura solo konsertlərdə müğənnilərin fonoqramdan hansı formada istifadə etdiyini etiraf edib:

“İlk növbədə, siz “canlı ifa” hesab etdiyiniz çıxışların çoxu əslində “playback”in müxtəlif formalarıdır. Konsertdən əvvəl studiyada vokal yazılır, double səslər əlavə olunur, nəfəs səsləri təmizlənir, səs düzəldilir, hündür notlar bərkidilir. Yəni artıq bir “ideal vokal paketi” hazırlanır. Konsertdə isə həmin paketin üzərinə canlı oxunur ki, səhvlər – deton, nəfəs çatmaması, yorğunluq eşidilməsin.

Bu proses o qədər ustalıqla həyata keçirilir ki, tamaşaçı bunun “playback” olduğunu heç vaxt hiss etmir. Çünki mikrofonun içində belə xüsusi effektlər olur. Pulun varsa, konsert günü səhnəyə əlavə aparat gətizdirirsən, səs rejissoru da həmin anda ifanın üzərinə “reverb”, “delay”, “harmonizer” və digər effektləri qoyur. Tamaşaçı isə düşünür ki, bu nə gözəl canlı səsdir.

Söhbət bununla da bitmir. Konsert yazısı yutub və televiziya üçün hazırlananda proses yenidən studiyaya qayıdır. Bütün alətlər, vokallar, hətta zaldan gələn alqış-küy də ayrıca təmizlənir. İfaçının səsi səs proqramlarına salınır, notlar düzəldilir, çatışmayan yerlər yenidən oxudulur və montaj olunur. Sonda ideal, qüsursuz bir “canlı konsert” ortaya çıxır.

Və siz də elə bilirsiniz ki, həmin müğənni 2–3 saat konsertdə yorulmadan, bir dəfə belə detona düşmədən, tərtəmiz canlı oxuyub. Mən isə illərdir bu proseslərin içindəyəm və yaxşı bilirəm ki, həqiqət tam başqa tərəfdədir. Tamaşaçıya göstərilən “canlı ifa” adətən çox peşəkar şəkildə hazırlanmış, lakin bir o qədər də manipulyasiya olunmuş səsdir.

Bu kitabda bütün bunları, həmçinin səhnə arxasındakı intriqaları, konsertlərin necə qurulduğunu, hansı müğənninin kimləri pulla qabağa çəkdirdiyini, kimlərin kimə qarşı qapı arxasında kampaniya apardığını, pərdəarxasında hansı mübarizələrin getdiyini açıq şəkildə yazacağam”.