Şoyqu əhatə dairəsindən kənardadır – ABŞ ordusu xüsusi kanalla onunla niyə əlaqə yarada bilmir?backend

Şoyqu əhatə dairəsindən kənardadır – ABŞ ordusu xüsusi kanalla onunla niyə əlaqə yarada bilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusunun ali komandanlığı, o cümlədən müdafiə naziri Lloyd Ostin dəfələrlə xüsusi kanal vasitəsilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla əlaqə saxlamağa cəhd edib. Lakin Rusiya tərəfi bütün danışıq cəhdlərini rədd edib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Amerika tərəfi deyir ki, iki ən böyük nüvə dövləti arasında belə söhbətlər lazımsız eskalasiyadan və ya çaşqınlıqdan qaçmaq və ümumiyyətlə, hər hansı anlaşılmazlığı müzakirə etmək üçün lazımdır. Xüsusən də, Ukraynada davam edən hərbi əməliyyatlar kontekstində.

Bundan əvvəl Rusiya KİV-i müdafiə naziri Sergey Şoyqunun martın 11-dən ictimai məkanda görünməməsinə diqqət çəkib.

“Agentstvo” nəşri öz mənbəsinə istinadən Şoyqunun ürəyində problem olduğunu iddia edib.