Şoyqu Qərbi ittiham etdi – “Vətənimizi kiçik dövlətlərə bölmək istəyirlər”backend

Şoyqu Qərbi ittiham etdi – “Vətənimizi kiçik dövlətlərə bölmək istəyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Qərbi ölkəsinə aqressiv təzyiq göstərməkdə və onu onlarla müstəqil dövlətə bölmək istəməkdə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Şoyqunun “Arqumentı i faktı” nəşri üçün yazdığı məqalədə deyilir.

“Onların məqsədi ölkəmizin suverensizləşdirilməsidir. Onlar bizim vətənimizi onlarla kiçik dövlətlərə bölmək, sonra onları öz iradələrinə tabe etdirmək, istismar etmək və öz tamahkar maraqları üçün istifadə etmək istəyirlər”, – Şoyqu yazıb.

Onun sözlərinə görə, Qərb ölkələri buna nail olmaq üçün Rusiyanın tarixinə, mədəniyyətinə, “mənəvi dəyərlərinə” hücum edərək, “güclü anti-Rusiya təbliğatı”na başlayıblar.

Şoyqu onu qeyd edib ki, “ölkəmizin və MDB ölkələrinin xalqlarının harmoniyasına və qardaşlığına paz vurmaq” cəhdləri davam edir. O, vurğulayıb ki, Rusiyaya “dost olmayan” hökumətlər səhvən güman edirlər ki, ölkənin çoxmillətli olması onun zəif yeridir və “paxıl inadla” Rusiya cəmiyyətini parçalamağa çalışırlar.

Şoyqunun fikrincə, Qərb Rusiyanın millətlərarası münasibətlərinin mahiyyətini, “ruhi və mənəvi gücünü” və Rusiyanın çoxmillətli xalqının birliyini dərk edə bilmir. Bu isə ölkəsinə “dağıdıcı geosiyasi texnologiyalara inamla müqavimət göstərməyə” imkan verir.

Xatirə SADİQ