Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya sui-qəsd cəhdi olub.
NOCOMMENT.az Unikal.az-a istinadən xəbər verir ki, Rusiya kəşfiyyatı sui-qəsdin Moskvadakı Troekurovskoye qəbiristanlığında, Şoyqunun qohumlarının məzarlarının yaxınlığında planlaşdırıldığını bildirib. Belə ki, Şoyqunun ziyarətlərini izləyən cihaz gül vazasında gizlədilibmiş.
FTX üç şübhəli şəxs – narkotik asılılığı olan 2 rus və Kiyevdə qətl ittihamı ilə axtarışda olan Orta Asiya ölkəsindən olan qanunsuz immiqrantı saxlayıb.
Kəşfiyyat agentliyi həmçinin Rusiyanın digər bölgələrində də oxşar terror hücumlarının planlaşdırıldığı barədə xəbərdarlıq edib və vəziyyəti hökumət rəsmilərinə qarşı bir sıra hücum cəhdlərinin bir hissəsi adlandırıb.













