Söyüdlü olayında FETÖ-nün əli var – ŞOK AÇIQLAMAbackend

Söyüdlü olayında FETÖ-nün əli var – ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Aqil Abbas Gədəbəydə baş vermiş hadisələrdən danışarkən deyib.

“Söyüdlüdə camaatı küçəyə çıxaran da eyni əldir, polisə qaz sıxdıran da eyni əldir. “FETÖ-çülər meydan sulayır. Media adamıyam, mən media adına danışıram. Media FETÖ-çülərin əlindən qan ağlayır. İki Rusiya vətəndaşını ora göndərən əli tapmaq lazımdır. İcra başçısı, bələdiyyə sədri niyə hiss etmirdilər ki, belə bir hadisə hazırlayırlar. Onlar oraya nə üçün qoyulub? Necə olur ki, iki nəfər Rusiyadan gəlib burada camaatı doldura bilir, onlar orada gedib camaatla danışa bilmirlər? Onların işləri də düzgün qurulmalıdır”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.
modern