“SpaceX” növbəti internet peykləri qrupunu orbitə çıxardıbackend

“SpaceX” növbəti internet peykləri qrupunu orbitə çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 21 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxarıb.

NOCOMMENT Trend-ə istinadən xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, daşıyıcı raket şənbə günü ABŞ-nin Sakit okean sahilləri vaxt ilə saat 01:23-də ABŞ Kosmik Qüvvələrinin Kaliforniya ştatındakı Vandenberg bazasından start götürüb.

Startdan təxminən bir saat sonra peyklər orbitə çıxarılıb.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 117-ci qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə təxminən 5,3 min peyk buraxıb. Onların 4,9 mindən çoxu işlək vəziyyətdədir. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına idarəolunan şaquli eniş enəcək.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” internet şəbəkəsi üçün orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Şirkətin qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.