Stanislav Zas Ermənistan Baş Qərargahının rəisi ilə görüşdübackend

Stanislav Zas Ermənistan Baş Qərargahının rəisi ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda səfərdə olan KTMT-nin Baş katibi Stanislav Zas Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general-mayor Edvard Asryanla görüşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

Məlumata görə, tərəflər görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyəti müzakirə ediblər.

“Ermənistan Respublikasının sərhədyanı rayonlarının bəzi ərazilərində vəziyyətin ətraflı müzakirəsi aparılıb. Biz hazırkı vəziyyətdə Cari vəziyyətdə təşkilatın gələcək mümkün tədbirlərini müzakirə etdik”, – deyə məlumatda bildirilib.