Stoltenberq 2025-ci il üçün Ukraynanın maliyyələşdirilməsinin xüsusiyyətlərinə aydınlıq gətiribbackend

Stoltenberq 2025-ci il üçün Ukraynanın maliyyələşdirilməsinin xüsusiyyətlərinə aydınlıq gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna yalnız bir il müddətinə 40 milyard dollar hərbi maliyyə alacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Müttəfiqlər gələn il minimum 40 milyard avro yardım göstərməyə razılaşıblar. Dəstəyimizin Ukraynanın ehtiyaclarına cavab verməsini təmin etmək üçün qarşıdakı sammitdə maliyyələşdirmə səviyyəsini müzakirə edəcəyik”, – Stoltenberq Vaşinqtonda NATO sammiti çərçivəsində deyib.

Oktyabrda vəzifəsini tərk edən NATO Baş katibi Stoltenberq etiraf etdi ki, Kiyevə hərbi yardımın uzunmüddətli maliyyələşdirilməsi ilə bağlı təkliflərinin heç biri bütövlükdə alyans səviyyəsində razılaşdırılmayıb. Stoltenberq həmçinin bildirib ki, onun gedişindən sonra NATO müttəfiqləri Ukraynanın hərbi ehtiyaclarını dəstəkləmək üçün yollar axtarmağa davam edəcəklər.