Sudanda münaqişə nəticəsində didərgin düşmüş insanların sayı 3 milyonu ötdübackend

Sudanda münaqişə nəticəsində didərgin düşmüş insanların sayı 3 milyonu ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Miqrasiya Təşkilatı aprelin ortalarından bəri Sudanda vətəndaş müharibəsi nəticəsində didərgin düşmüş insanların sayının 3 milyonu keçdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının paylaşdığı son məlumatlara görə, 2 milyon 414 min insan münaqişələr səbəbindən ölkə daxilində fərqli bölgəyə qaçıb, 737 min nəfər isə qonşu ölkələrə sığınıb.

Keçən həftədən bəri köçkünlərin sayı 180 min nəfər artdığı halda, ən çox köçkün olan bölgə yüzdə 72 ilə Xartum əyaləti olub.

Qeyd edək ki, Sudanın paytaxtı Xartumun müxtəlif bölgələrində ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında ağır silahlarla qarşıdurma davam edir.

NOCOMMENT.AZ