Şükür Babayev rəis təyin edildibackend

Şükür Babayev rəis təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şükür Fərəməz oğlu Babayevə yeni vəzifə verilib.

NOCOMMENT.az qaynarinfo.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Şükür Babayev “Naxçıvan Lift Xidməti”nin rəisi təyin olunub.

Buna qədər sözügedən idarəyə Sadiqov Mehman Beytulla oğlu rəhbərlik edib.

Qeyd edək ki, Şükür Babayev 26 iyun 2006-cı ildə Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, 21 dekabr 2018-ci ildə Şükür Babayev vəzifəsindən azad edilib.