Sülhməramlıların nəzarətindəki əraziyə səfər qaydasını komandanlıq müəyyən edirbackend

Sülhməramlıların nəzarətindəki əraziyə səfər qaydasını komandanlıq müəyyən edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sülhməramlı kontingentin nəzarəti altında altında olan Azərbaycan ərazilərinə edilən səfərlər barəsində danışıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Zaxarova sülhməramlıların 10 noyabr üçtərəfli atəşkəs bəyanatı ilə həmin ərazilərə yerləşdirildiyini bildirib.

Onun sözlərinə görə, bu bəyanatın 6-cı bəndinə uyğun olaraq, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır.

Onlar Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin, yüklərin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyinə təminat verirlər: “Xarici vətəndaşların, beynəlxalq təşkilatların əməkdaşlarının, missiyaların, sülhməramlı əməliyyatların keçirildiyi ərazilərə səfər etmə qaydasını Rusiya sülhməramlı kontingentinin komandanlığı müəyyən edir.

Bu prosedur həm Azərbaycan, həm də Ermənistan tərəfinə yaxşı məlumdur. Xüsusilə, Rusiya sülhməramlılarının bu cür səfərlər barədə əvvəlcədən və lazımi qaydada məlumatlandırılması təmin edilir. Bu, bizim əsas yanaşmamızdır”.