Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə vəziyyətin pisləşməsi ilə bağlı şikayətlər artır. Məktəb direktoru əvəzi Şəhla Bağırovanın idarəçiliyi təhsil prosesini müəyyən pis vəziyyətə salıb.
NOCOMMENT.az bu barədə Admin.tv-yə istinadən xəbər verir.
Sinif otaqlarında şagird sıxlığı normanı aşır, bəzən 40 nəfərə çatır. Məktəbdə qeyri-rəsmi “aylıq” pul yığımı formalaşdırılıb, bu da əmək və təhsil qanunlarına ziddir.
Müəllimlərə rəhbərlik tərəfindən psixoloji təzyiq göstərilir və etiraz edənlərə kobud münasibət bəslənilir.
Valideyn şikayətləri dinlənilmir və bu da gərginliyi artırır. Məsələnin hüquqi qurumlar tərəfindən araşdırılması və qanunsuzluqlara qiymət verilməsi tələb olunur.













