Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra M.Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub. O, 1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

***
İtkin düşmüş hesab edilən Zibeydə Əhmədova ilə Xocalıda yerləşən Şəhidlər xiyabanında vida mərasimi keçirilib.
Vida mərasimindən sonra Z.Əhmədova Şəhidlər xiyabanında dəfn olunub.

***
Sumqayıt şəhərində itkin-şəhid dəfn ediləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda qeyd edilib.
Məlumata görə, birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş hərbçi Mehriban Arif qızı Qarayeva Sumqayıtda dəfn olunacaq.
Dəfn mərasimi 20 fevral 2026-cı il, saat 11:00-da Sumqayıt şəhəri, Şəhidlər xiyabanında keçiriləcək.













