“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən qazanxana, isitmə-soyutma sistemi, kondisioner və generatorlara servis baxım xidməti, əsaslı və cari təmir işlərinin satın alınması üzrə elan edilmiş müsabiqə ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğv edilmə səbəbi, qanunvericiliyə əsasən iştirak etmək üçün tələb olunan təchizatçıların sayının minimumdan az olmasıdır. Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə görə, yetər say olmadığı üçün müsabiqənin tamamlanması mümkün olmayıb.
Ehtimal olunan qiymət 117.035,25 AZN təşkil edirdi.












