Sumqayıtda 3 nömrəli xəstəxana sökülür – Həkimlər köçürüləcək – FOTObackend

Sumqayıtda 3 nömrəli xəstəxana sökülür – Həkimlər köçürüləcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.

Daxil olan şikayətlər əsasında Bakupost.az-ın TƏBİB-ə ünvanladığı sorğudan sonra məsələyə baxılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, ərazidə yeni xəstəxananın tikintisi planlaşdırıldığından sabahdan etibarən köçürülmə prosesi icra ediləcək.

Qeyd olunur ki, xəstəxananın poliklinika və laboratoriya şöbələri əvvəlki kimi ərazidəki yardımçı tikilidə fəaliyyətini davam etdirəcək.

Digər şöbələr isə aşağıdakı qaydada müxtəlif tibb müəssisələrinə köçürülür:

Şüa diaqnostikası, ginekologiya və doğum şöbəsi 1 nömrəli Şəhər Xəstəxanasına köçürülür.

Terapiya şöbəsi 4 nömrəli Şəhər Xəstəxanasında fəaliyyət göstərəcək.

Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də cərrahiyyə şöbəsi TTTY xəstəxanasında fəaliyyətini davam etdirəcək. /BakuPost/

BakuPostBakuPostBakuPost