Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
NOCOMMENT.az-ın Sumqayıt bürosunun məlumatına görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes-Benz” markalı avtomobil yolu keçən piyadanı (1970-ci il təvəllüdlü Əhədov Yaqub Qərib oğlunu) vurub. Sürücü qəza baş verdikdən sonra hadisə yerindən qaçıb.

Aldığı xəsarətlərdən ağır vəziyyətə düşən piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır, sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.












