Sumqayıtda bağça və məktəblərin yanında XARABALIQ – VİDEObackend

Sumqayıtda bağça və məktəblərin yanında XARABALIQ – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən istifadəyə yararsız hala gələn zibil konteyneri ciddi problemlər yaradır.

NOCOMMENT.az Sumqayit24.az -a istinadən xəbər verir ki, sakin bildirib ki, konteynerin bir tərəfi yarılıb, zibil ətrafa səpələnib və ətrafda xoşagəlməz qoxu yaranıb.

Problemin daha narahatedici tərəfi odur ki, konteyner 34 və 33 nömrəli məktəb və uşaq bağçasının yanında yerləşir, bu isə uşaqların sağlamlığı üçün risk yaradır.
Şəhər sakinləri məsələni həll etmək üçün aidiyyəti qurumların müdaxiləsini gözləyirlər. Yığcam Göstər