Sumqayıtda əhalinin içməli suyunu niyə kəsiblər? backend

Sumqayıtda əhalinin içməli suyunu niyə kəsiblər? 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Sumqayıt şəhərinin bir sıra məhəllə və mikrorayonlarında dünən axşam saatlarından etibarən içməli su verilişi dayandırılıb.

Azərsu ASC-dən müxbirimizə verilən məlumata görə, içməli su verilişi magistral kəmərdə sayğac quraşdırılması ilə əlaqədardır və gün ərzində işlər yekunlaşdırılacaq. Yaxın bir neçə saat ərzində əhalinin içməli su verilişi ilə təminatı tam bərpa olunacaq.