Sumqayıtda fəhlə iş zamanı həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Qurd dərəsi bağları yaşayış massivində qeydə alınıb.
belə ki, evdə təmir işləri aparılan zaman fəhlənin qəfildən halının pisləşdiyi bildirilib. O, hadisə yerindəcə keçinib.
Əraziyə Hüquq Mühafizə Orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.