Sumqayıtda piyadalar çətinlik çəkirlər.
NOCOMMENT.az xəbər verir ki, sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, Sülh prospektində, “Bağça Şəhər” yaşayış kompleksi və İZİA-nın nəzdindəki Peşə Təhsil Mərkəzinin yaxınlığında piyada səkisi yoxdur.
“Vəziyyət axşam saatlarında daha da çətinləşir. Saat 20:00-dan sonra avtovağzal istiqamətində avtobusların demək olar ki, hərəkəti dayanır. Bu səbəbdən insanlar uzun məsafəni otların və torpağın üstü ilə qət etməli olurlar.
Yağışlı havalarda isə vəziyyət daha təhlükəli olur – palçıqdan qaçmaq üçün sakinlər avtomobil yoluna çıxmaq məcburiyyətində qalırlar və bu da həm piyadalar, həm də sürücülər üçün risk yaradır”, – deyə şikayətçilər vurğulayıblar.
Vətəndaşlar məsul qurumlardan problemin operativ şəkildə həllini istəyirlər.













