Sumqayıtda qanunsuz ağac kəsintisi iddiası: Sakinlər narazıdır – VİDEObackend

Sumqayıtda qanunsuz ağac kəsintisi iddiası: Sakinlər narazıdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində ağacların kəsilməsi ilə bağlı növbəti iddia ictimai narazılığa səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə şəhər ərazisində xüsusi texnika vasitəsilə hündür ağacın kəsildiyi əks olunur. İddialara görə, hadisə Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarətində olan ərazidə baş verib.

Kadrlarda kran tipli texnikanın ağaca yaxınlaşaraq budaqları kəsməsi görünür. Hadisənin hansı əsasla və hansı icazə sənədi ilə həyata keçirildiyi isə hələlik məlum deyil.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb. Sakinlər isə şəhər ərazisində yaşıllıqların azalması ilə bağlı narahatlıqlarını ifadə edərək, qanunvericiliyə uyğun araşdırma aparılmasını tələb edirlər.

Qeyd edək ki, qanunvericiliyə əsasən, şəhər ərazisində ağacların kəsilməsi yalnız müvafiq icra hakimiyyəti və ekoloji qurumların razılığı ilə mümkündür.

Mövzu diqqətdə saxlanılır. Rəsmi açıqlama olduğu təqdirdə əlavə məlumat veriləcək.