Sumqayıtda taxtalı evlər TƏHLÜKƏDƏ – VİDEObackend

Sumqayıtda taxtalı evlər TƏHLÜKƏDƏ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evlərin bir hissəsi dağılıb, pilləkənlər qəzalı vəziyyətdədir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsindəki 1949-cu ildə tikilərək istifadəyə verilmiş iki mərtəbəli taxta evlərdəndir.

Sakinlərin sözlərinə görə, hazırda evlər tamamilə yararsız hala düşüb. Həmin tikililərdə yaşamaq həyat üçün təhlükəyə çevrilib. Taxta konstruksiyalar çürüyüb, divarlar qopur, tavanlar çökür.

Sumqayıt şəhər İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, problemdən xəbərləri var. Bununla bağlı qısa vaxt ərzində ciddi addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.