Sumqayıt şəhərində yerləşən zavodlardan birinin yaxınlığında naməlum kişi meyiti tapılıb.
NOCOMMENT.az-ın Sumqayıt bürosuxəbər verir ki, aparılan ilkin araşdırmalar nəticəsində mərhumun 1987-ci il təvəllüdlü Qələmov İlqar Qəzənfər oğlu olduğu müəyyən edilib.
Meyit müvafiq qurumlara təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.













